Xaricdə təhsil alan tələbələrin təqaüdləri azaldılacaq

18 Mart 2014 16:32 (UTC+04:00)

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin təqaüdləri bəzi hallarda azaldıla bilər. Nazirlər Kabinetindən Movqe.az-a verilən məlumata görə, bununla bağlı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edib. Dəyişiklikyə əsasən, təhsil müəssisəsində tədrisin başlama tarixinə nisbətən təhsil alan hər hansı səbəbə görə gec qeydiyyatdan keçdiyi təqdirdə, təhsil alanın yaşayış xərci üçün nəzərdə tutulmuş təqaüdün məbləği gecikmə müddətinə uyğun olaraq azaldılacaq.