iPhone 5C-yə 8 GB-lıq model əlavə edildi

18 Mart 2014 16:52 (UTC+04:00)

Apple , 8 GB-lıq model ilə gözlədiyi kimi getməyən iPhone 5c satışlarını artırmağı planlaşdırır. 


Movqe.Az xəbər verir ki, Apple , bu gün iPhone 5C-in 8 GB-lıq  modelini satışa təqdim edib. Bununla yanaşı firma , iPad 4-ün yeni bir versiyasını inkişaf etdirib və iPad 2-ni təqaüdə çıxarıb.


İngiltərədə satışa təqdim olunan 8 GB-lıq iPhone 5C , 16 GB-lıq modeldən 50 paund daha əlverişlidir . O2 tərəfindən satışa təqdim edilən cihazın qiyməti 429 funtdur. ( 714 dollar) .