Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

18 İyun 2012 11:52 (UTC+04:00)

İmtahanlar Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün olacaq. Hər bir rayon üzrə saat 10:00-da XI siniflər, 15:00-da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcək.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcək. /Anspress/