"Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin nə üçün həll edilməli olduğunu bir daha göstərir"

18 Mart 2014 17:12 (UTC+04:00)

"Ukraynada baş verənlər Azərbaycan-ABŞ və Azərbaycan-Avropa Birliyi münasibətlərini daha əhəmiyyətli edir". Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. 

Onun sözlərinə görə, Ukraynada baş verənlər bir daha Dağlıq Qarabağ münaqişəsinin nə üçün həll edilməli olduğunu bir daha göstərir. 


"Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar ataraq bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil".


Ukraynadakı vəziyyəti şərh edən səfir ABŞ prezidenti və dövlət katibinin dediklərinə istinad edib. "Orada baş verənlər çox pisdir və biz müvafiq tədbirlər görürük".