Səfir: “Dövlət katibi Con Kerri mənə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi”

18 Mart 2014 17:23 (UTC+04:00)

ABŞ dövlət katibi Con Kerri Azərbaycana səfər etmək niyyətindədir, lakin səfirin tarixi hələlik müəyyənləşməyib.


APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O, ötən həftə Vaşinqtonda keçirilən səfirlərin konfransında C. Kerri ilə görüşdüyünü söyləyib: "O, Azərbaycana səfər etmək istəyini bildirdi, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşməyib".  

 

Xatırladaq ki, Gürcüstan mediası C. Kerrinin yazın sonuna qədər Cənubi Qafqaza səfər edəcəyi barədə xəbər yayıb.