Bu il Ermənistanı 69 min adam tərk edib

18 İyun 2012 11:53 (UTC+04:00)

Hətta iş o yerə çatıb ki, hər nömrəsində qardaş Türkiyəyə və Azərbaycana qara yaxmaqdan əl çəkməyən Parisdə nəşr olunan " "Ermənistan xəbərləri" ("Les Nouvelles d' Armenie") jurnalı da bunu etiraf etməyə məcbur olub.

Jurnalın 17 iyun tarixli nömrəsində dərc olunan "Yanvarın 1-dən etibarən 69 min adam Ermənistanı tərk edibr" sərlövhəli yazıda 2012-ci ilin son 5 ayı ərzində təyyarədən istifadə etməklə 69 min erməninin Ermənistanı həmişəlik tərk etdiyini bildirilib.

Ermənistanı tərk edənlərin sayının onların təyyarəyə aldıqları biletə əsasən müəyyənləşdirildiyi yazıda öz əksini tapıb. Jurnal Erministanı birdəfəlik tərk edən ermənilərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 min nəfər artdığını diqqətə çəkib. /AzərTac/