Aeroport yolunda nəqliyyatın hərəkəti bərpa edilib

18 Mart 2014 18:05 (UTC+04:00)

Bakıda rənglənmə işləri ilə əlaqədar bağlanmış yol açılıb.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, "Azəryolservis" ASC-dən NİİM-ə verilən məlumata əsasən, Böyükşor – Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından Sabunçu yol qovşağına qədər olan hissəsində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi başa çatdığı üçün nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

 

Qeyd edək ki, göstərilən istiqamətdə nəqliyyatın hərəkəti bu gün saat 11-dan məhdudlaşdırılmışdı.