Ermənistanda Türkiyə vətəndaşı öldürülüb

18 Mart 2014 18:35 (UTC+04:00)

Ermənistanın Gümrü şəhərində Türkiyə vətəndaşı öldürülüb.

APA-nın xəbərinə görə, Türkiyə vətəndaşı Evliya Gümüştəki kəsici-deşici alətlə yetirilən çoxsaylı zərbələrdən dünyasını dəyişib.

 

Həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ermənistan vətəndaşı, 1990-cı il təvəllüdlü Maksim Bakoyan saxlanılıb. Qətlin tərəflər arasında baş verən mübahisə nəticəsində törədildiyi bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.