"Toyla yaşayan insanam"

18 Mart 2014 18:45 (UTC+04:00)

Müğənni Mətanət Əsədova şou-proqramlardan gələn dəvətləri qəbul etmir. 


Axşam.az-ın məlumatına görə, sənətçi bu məclisləri tərzinə uyğun hesab etmir: 


"Şou-proqramlara getmirəm. Mənim öz səsimə, sənətimə hörmətim var. Oxu tərzim uyğun gəlmir. O məclislər mənim üçün deyil. Amma bu o demək deyil ki, şou-proqramda oxuyan sənət dostlarımı qınayıram. Hər kəsin öz düşüncəsi var, buna da hörmətlə yanaşmalıyıq. Amma toy məclislərinə qatlılıram. Çünki qazancım ancaq oradandır. Toyla yaşayan insanam". 


Mətanət Əsədova gələcəkdə biznes-ledi olmaq istədiyini də bildirib: 


"Pulum çox olandan sonra özüm üçün biznes quracağam. Bütün sahələrdə bacarığım var. Hər bir işi görməyə qadirəm".