Almaniya və Portuqaliya Avropa çempionatının 1/4 final mərhələsində oynayacaq

18 İyun 2012 11:55 (UTC+04:00)

Ukraynadakı Lvov Arenada Almaniya və Danimarka yığmaları qarşılaşıb. Matçın 19-cu dəqiqəsində almaniyalı futbolçu Lukaş Podolski hesabı açıb. Beş dəqiqə sonra Mikael Kron-Deli cavab topu vurub. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Fasilədən sonra – matçın 80-ci dəqiqəsində Almaniya millisinin üzvü Lars Bender ikinci topu rəqib qapısından keçirmişdir.

Alman futbolçuların çempionatın dörddəbir final mərhələsində mübarizə aparmaq üçün 2:1 hesabı kifayət edib. Digər oyun Ukraynadkı "Metallist" stadionunda Portuqaliya və Hollandiya komandaları arasında olmuşdur. Görüşün ilk hissəsi heç-heçə ilə bitib – 1:1. Oyunda Hollandiya millisinin heyətində Rafael van der Vart (12-ci dəqiqədə), rəqib komandadan isə Kriştianu Ronaldu (28-ci dəqiqədə) fərqlənib.

Qarşılaşmanın ikinci hissəsində K.Ronaldunun dublu (74 dəqiqədə) Portuqaliyanın qələbəsini rəsmiləşdirib – 2:1. Beləliklə, Almaniya və Portuqaliya milli komandaları Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib. /AzərTac/