Havanın temperaturu 20 dərəcəyə çatacaq
19 Mart 2014 09:05 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam
mülayimləşəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16
dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb
rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə
duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək, bəzi rayonlarda
güclü olacaq. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi
yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3
dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.