İlaxır tonqalı Bakıda avtomobil dayanacağını yandırdı
19 Mart 2014 09:15 (UTC+04:00)
Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi 27 ünvanında yerləşən
avtomobil dayanacağında güclü yanğın baş verib. Yanğının
söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 8-dən çox
yanğınsöndürən briqadası cəlb olunub. Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi
Əkbər Novruzovun məlumatına görə, yanğın ümumi sahəsi 500 kv.m.
olan avtomobil təmiri emalatxanasında baş verib. Yanğın nəticəsində
profilaktoriyanın 300 kv.m. sahəsi yanıb.
Hadisənin səbəblərinə dair müxtəlif versiyaların olduğu bildirilir.
Onlardan birinə əsasən, obyektin yaxınlığında qalanan bayram
tonqalından taxta konstruksiyalı dam örtüyünə alov düşüb.
Hadisə nəticəsində "BMW" markalı avtomobilin qismən yandığı
bildirilir. Hazırda yanğının səbəbləri araşdırılır.