Diqqətli olun! Telefonlarınız dinlənə bilər
19 Mart 2014 09:20 (UTC+04:00)
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi yeniliyə imza atıb.ANS
PRESS-in xəbərinə görə, ABŞ-ın elektron casusluqla məşğul olan
Milli Təhlükəsizlik Agentliyi (MTA) bütün xarici ölkələrdəki
telefon danışıqlarını dinləyə bilmək imkanı olan bir sistem
yaradıblar.ABŞ-ın keçmiş kəşfiyyat agenti Edvard Snoudenin gizli
məlumatları sızdırması və Milli Təhlükəsizlik Agentliyinin
telefonları dinləmə, mail yazışmaları və sosial şəbəkələrdəki
məlumatlara çatması kimi məlumatları açıqlamasından sonra MTA
sistemdə dəyişiklik etməyi qərara alıb.2009-cu ildən təbiq edilən
"Mystic" adlı səs dinləmə siteminə səs dinləmələrini geri qaytarmaq
da əlavə edilib. Proqramın idarəçilərindən biri bu sistemi zaman
maşınına bənzədib. MTA bu sistem vasitəsilə istənilən xarici
ölkədəki telefon danışıqlarını 100 % dinləməklə yanaşı, ölkə
daxilində hər bir danışığı 30 gün qeyd edə və daha sonra
yeniləndikcə silə biləcək.Qeyd edək ki, MTA-nın xüsusi bir ölkə
üçün hazırladığı bu sistemini başqa ölkələrdə də quracağı istisna
edilmir.