Bürclər və xəstəliklər haqqında

18 İyun 2012 12:44 (UTC+04:00)
Hər birimiz xəstəliyi bircürə keçiririk. Astroloqlar xəstələrin davranışlarının onların zodiak bürücünə uyğun gəldiyini söyləyirlər.

Od ünsürünün himayədarlığı altında doğulanlar:Qoçları, Şirləri, Oxatanlarıyatmağa uzandırmaq çox çətin işdir. Məsələn,Qoçlarvirusa ən tez yoluxanlardan olsalar da, xəstəlik zamanı evdə də yataq rejimini gözləməyəcəklər, xəstəliyi elə ayaq üstə keçirməyə üstünlük verəcəklər. Adətən, Qoçların xəstəliyi qısamüddətli olsa da, onlar çox ağır xəstələnirlər. Qoçların həyatsevərliyi və şən xasiyyətləri xəstəliyin öhdəsindən gəlməkdə dərmandan daha sonra onlara kömək edir. Qoçları yataqda uzanmağa məcbur etməkdənsə, onlara aptekdən immuniteti möhkəmləndirən vasitələr alın, moruq mürəbbəsi və bal təklif edin.


ŞİRLƏR -Öz səhhətlərinə çox incə münasibət bəsləyirlər, buna görə də zəruri profilaktika vasitələrinin ehtiyatını tutur və var gücləri ilə xəstəlikdən uzaq olmağa çalışırlar. Üstəlik, öz ətrafdakılarını da sanitariya və gigiyena qaydalarına əməl etməyə çağırırlar.Əgər bəd virus Şirləri yaxalayarsa, onlar 1 həftəlik bülliten açdırıb evdə oturacaqlar, ən yaxşı dərmanlarla müalicəyə başlayacaqlar, həm də iki saatdan bir işə zəng vurub əlaqə saxlayacaqlar ki, işləri onlarsız axsamasın.


OXATANLAR -MüdrikŞİRLƏRDƏNfərqli olaraq, nə soyuqdəymənin profilaktikası ilə məşğul olacaqlar, nə də evdə uzanıb sağalacaqlar. Buna görə də çalışın ki, OXATANLARINrasionunda həmişə sitrus şirələri olsun, onlara qripə qarşı vasitələri qəbul etməyə məcbur edin.Əgər etiraz edərsə, onları inandırmağa çalışın ki, xəstəlik OXATANLARA yaraşmır.


ƏN EHTİYATLILAR:BUĞA, QIZLAR, OĞLAQ


Torpaq ünsürünün nümayəndələri- Buğalar, Qızlar. Oğlaqlarcanıyanan həkim üçün xəstə deyil, əsl tapıntıdırlar.

BUĞALARxəstələnəndə tezcə qalın yorğana möhkəm bürünüb, temperaturlarını ölçürlər. Həkimin bütün məsləhətlərini dəqiq yerinə yetirəcəklər. Vaxtı- vaxtında dərman içəcəklər, boğazlarını qarqara edəcəklər. Ayaq vannaları onlara daha çox ləzzət verir. Üstəlik, işdən qalmaqla qazanclarının azalmağından narahatlıq hissi də Buğaların tez sağalmasından ötrü stimuldur.


QIZLARnəinki viruslarla mübarizəyə girişəcəklər, hətta həkimə xalq təbabətindən də bəzi şeyləri həvəslə öyrədəcəklər. Onlar xəstəliyə qarşı bütün sevimli silah cəbhəxanalarını- pəhrizlərini, bitkilərlə müalicəni işə salacaqlar. Bu məsələdə heç bir Zodiak bürcü Qızlarla yarışa bilməz.


OĞLAQLARxəstəliyin ilk simptomlarını hiss edən kimi könüllü olaraq təkliyə çəkilib,vəziyyəti də sağalmaz xəstəliyə tutulubmuş kimi qəm dəryasına batacaqlar. Xəstələnmiş Oğlaqları dilə tutub, dərmanlarını içirtmək, müəyyən prosedurları yerinə yetirməyə məcbur etmək lazımdır. Onlar ətrafdakıların qulluğu və yetərincə diqqəti sayasində xəstəlikdən qurtula bilərlər.


Ən zəiflər: ƏKİZLƏR, TƏRƏZİ, DOLÇALAR


Hava ünsürünə tabe olunan bürclərə Əkizlər, Tərəzi, Dolçalar-istənilən epidemiya zamanı xəstələnib yatağa düşənlərin arasında daha çox rast gəlinir.


ƏKİZLƏRən yüngül soyuqdəyməni ağciyər iltihabına gətirib çıxarmağa qadirdilər. Onlar xəstəliyi ağır keçirənlərdəndir və yataq rejiminə üstünlük verir. Xüsusi qayğıya ehtiyacları var.


TƏRƏZİLƏR.Ünsiyyətcil, hər şeylə maraqlananTərəzilərisə virusu ele iş yerindəcə xəstəliyə yoluxur. Ehtimal olunur ki, Tərəzilər ən çox bu xəstəliyə iş yerindəcə ya Oxatanlardan, ya da Qoçlardan yoluxub.


DOLÇALAR.İdmandan və bədəni möhkəmlətmək kimi sağlamlaşdırıcı tədbirlərdən uzaq olan Dolçalar isə hava- damcı yolu ilə yayılan bütün xəstəliklərdən ötrü asan şikar sayılırlar. Xoşbəxtlikdən bütün hava bürcləri xəstəlikdən qorxan olduğundan səhərdən axşama qədər dərman atmağa hazırdırlar, təki xəstəlik onlardan əl çəksin. Onları əhatə edənlərən isə xəstəni gərəkli dəva-dərmanla təmin etmək və özləri də yoluxmasınlar deyə, xəstədən bir qədər aralı dolanmaq tələb olunur.


ƏN ÇOX İNANANLAR: XƏRÇƏNGLƏR, ƏQRƏBLƏR, BALIQLAR


Ən dəyişkən və ən yolagedən Su ünsürünün nümayəndələri-Xərçənglər, Əqrəblər və Balıqlarçox zaman öz vasvasılıqları üzündən xəstələnirlər. Onların özlərini hər ötəri simptom üzündən özlərini ağır xəstə kimi hiss etməkləri ilə immunitetlərinə ciddi zərbə vura bilərlər. Buna görə də çalışın ki, onlarla xəstəliklər barədə və xəstələrin düçar olduqları əziyyətlər barədə müzakirələr açmayasınız!

XƏRÇƏNGLƏR və BALIQLAR üçün maksimal qayğı və komfort tələb olunur. Məsələn, birbaşa yatağa gətirilən isti çay, isti ayaq vannaları, zəif işıqlandırma və həzin musiqi kifayət qədər tez onları ayaq üstə qaldırar.


ƏQRƏLƏRisə, öz " ünsür " qardaşlarından fərqli olaraq, hər hansı virus və infekiyaya qarşı daha davamlıdırlar. Bu səbəbdən də istər ailədə, istərsə də iş yerində hamıdan gec xəstələnirlər,ya da heç xəstələnmirlər. Əqrəblər bəzən epidemiyanın mövcudluğundan heç xəbər də tutmazlar. İşdi, əgər əqrəblər xəstələnsələr, 3 gün ərzində sağalıb ayağa qalxmağı bacarırlar.


E.F.N

Movqe.Az