Bakı-Sumqayıt yolu ilə bağlı xəbərdarlıq

19 Mart 2014 10:18 (UTC+04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edib. NİİM-dən Movqe.az-a daxil olan müraciətdə Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq, səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.