Bakı-Şamaxı yolunda dəhşətli qəza: 1 ölü, 5 yaralı

19 Mart 2014 10:20 (UTC+04:00)

Martın 19-na keçən gecə Bakı-Şamaxı magistralının Qobustan rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Movqe.az-ın məlumatına görə, "VAZ 21015", "Ford" markalı minik avtomobilləri və "Mercedes" markalı yük maşını toqquşub. Qəza nəticəsində 6 nəfər ağır xəsarət alıb. Yaralılardan biri xəstəxanaya aparılarkən keçinib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsində cinayət işi açılıb.