Əkizlərini itirən ana Bakıya gətirildi
19 Mart 2014 10:25 (UTC+04:00)
Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən ana
Bakıya gətirilib.
APA-nın məlumatına görə, ötən gün əkiz
körpələrini doğuş zamanı itirən Gülnarə Şəmiyeva bu gün səhər
saatlarında Mirqasimov adına Respublika Klinik Xəstəxanasına
yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, G. Şəmiyeva
reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.Qeyd
edək ki, ötən gün Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü
Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon
Xəstəxanasının Doğum Şöbəsinə daxil olub. Təbii doğuş
alınmadığı üçün dərhal əməliyyatına qaldırılan qadının əkiz oğlan
uşaqlarının öldüyü məlum olub. Cəlilabad Mərkəzi Rayon
Xəstəxanasının Doğum Şöbəsində rayon sakini Gülnarə Şəmiyevanın
üzərində doğuş məqsədilə ilə əməliyyat aparan cərrah Tosif Qasımov
açıqlamasında qadının hestoz xəstəliyindən əziyyət çəkdiyini,
sidiyə gedə bilmədiyi üçün ayaqlarında şiş yarandığını deyib:
"Əməliyyat bitəndən sonra xəstədə sidik ifrazı bərpa olunmadığı
üçün baş həkimə müraciət etdim. Qadının Bakıda müalicəsinin davam
etdirməsi üçün Səhiyyə Nazirliyinin rayona ezam olunacaq
nümayəndəsini gözləyirik".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrili
açıqlamasında deyib ki, Cəlilabad rayonunda doğuş zamanı əkiz
körpələrini itirən 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva
doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum
Şöbəsinə gətirilərkən uşaqlar artıq ananın qarnında ölmüş
vəziyyətdə olub. Qadında antenatal (bətndaxili) ölüm baş verdiyini
deyən A.Qədirli bildirib ki, bunun səbəbləri hələki məlum deyil:
"Böyük ehtimalla ana xəstəxanaya gəlmədən öncə yıxılıb və bu da
antenatal ölümə səbəb olub. İlkin səbəb kimi bu göstərilir. Lakin
bütün məlumatlar nazirliyin Doğuşa Yardım Komissiyasına təqdim
edilib. Anada xəstəxanaya gəlmədən öncə antanental ölüm baş verdiyi
üçün hadisənin dəqiq səbəbləri Doğuşa Yardım Komissiyası tərəfindən
araşdırılır və nəticələr onların araşdırmasında sonra məlum
olacaq".
Faktla bağlı araşdırma aparılır.