Rusiyadan ABŞ-a sanksiya xəbərdarlığı

19 Mart 2014 11:09 (UTC+04:00)

Rusiya ABŞ-ın Krım müzakirələri üzərindəki Qərb sanksiyalarının qəbul edilməz olduğunu, bə bunun "nəticələri" olacağı xəbərdarlığını edib. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu xəbərdarlığı ABŞ dövlət katibi Con Kerri ilə etdiyi telefon görüşündə söyləyib. Bu haqda Movqe.Az BBC-yə istinad edir.

 Görüş , Rus və Kırımlı liderlərin yarımadanı Rusiya Federasiyasına daxil edən müqavilənin imzalamasından bir neçə saat sonraya təsadüf edib. Kırımlı seçicilər bazar günü mübahisəli referendumla Ukraynadan ayrılmağı seçib.

Bazar ertəsi günü , ABŞ və AB sanksiya qərarını açıqlamışdı.

Çərşənbə axşamı günü müqavilənin imzalanmasından sonra , Ağ Ev bu sanksiyaların artırılacağını söyləyib.

Dünən Ukrayna Ordusu Krımdakı bir bazaya təşkil edilən hücumda Ukraynalı bir zabitin öldüyünü açıqlayıb.

Bölgənin paytaxtı Simferepoldakı bazada olan bütün əsgərlərin də nəzarətə alındığı bildirilib.

Hücum Rusiya lideri Vladimir Putinin Krımın Rusiyaya qatılmasını nəzərdə tutan qanun layihəsinin imzalamasından qısa müddət sonra baş verib.

 

Qərbli qüvvələr Krımın Rusiyaya birləşdirilməsini qınayan bir vaxtda , G7 və AB ölkələrinə gələn həftə Hollandiyanın Lahey şəhərində təcili yığıncaq çağırışı edilib.

 

Ukrayna Müdafiə Nazirliyi Simferepoldakı baza daxilindəki  parkda vəzifə yerinə yetirən bir zabitin öldürüldüyünü , bir əsgərin isə yaralandığını bildirib.

 

Müdafiə Nazirliyi Viladislam Selezniyov Reuters Xəbər Agentliyinə etdiyi şərhdə hücumun " şəxsiyyəti bilinməyən , tam təchizatlı və üzləri bağlı " qüvvələr tərəfindən təşkil edildiyini söyləyib.

Spiker əsgərlərin şəxsiyyətlərinə , silahlarına və pullarına da əl qoyulduğunu bildirib.

 

Ukrayna Müvəqqəti Baş naziri Arseniy Yatsenyuk təcili kabinet yığıncağında , "Qarşıdurma siyasi mərhələdən hərbi mərhələyə keçir. Rus əsgərləri Ukrayna əsgərlərinə atəş açmağa başladı və bu bir döyüş cinayətidir " deyib.

 

Krım Xəbər Agentliyi Kryminformun xəbərinə görə,  Simferepoldakı başqa bir hadisədə Rusiya tərəfdarı güclərə mənsub bir şəxs vurularaq öldürülüb. Lakin bu xəbər müstəqil qaynaqlarda təsdiqlənməyib.

 

Səhər saatlarında Krımın Rusiyaya birləşdirilməsi  üçün hazırla nan layihəni parlamentə göndərən Vladimir Putin günortadan sonra da Kremldə etdiyi şərhdə , '' Krımın insanların könüllərinin dərinliklərində həmişə Rusiyanın bir parçası" olduğunu söyləyib. Putin həmçinin beləcə " tarixi bir ədalətsizliyin " düzəldildiyini vurğulayıb.

 Ukrayna Xarici İşlər Nazirliyi Krımın ilhaq edilməsini əsla tanımayacaqlarını vurğulayıb.

Ukrayna və Fransa da qınama mesajları nümayiş edib..

Rusiya lideri Putin Krımın Rusiyaya qatılması üçün imza atmasından sonra Moskvadakı Qırmızı Meydanda toplanan kütləyə danışıb.

 Putin , "Krım və Sevastapol evinə , Rusiyaya qayıdır" deyib.

Putin "Zəfər Rusyanındır " deyə qışqırdığında da izdihamlar " Putin! " deyə temp tutub.

Krım 1954-cü ildə , Sovet rəhbərliyi altındaykən Rusiyadan Ukraynaya verilmişdi. Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət göstərəcəyilə bağlı razılaşmalara imza atmışdı.