Həyat yoldaşının ölümündə günahkar bilinən müğənni etiraf etdi

19 Mart 2014 12:19 (UTC+04:00)
Neçə illə bundan qabaq müğənni Vasif Məhərrəmlinin həyat yoldaşının ölümündə günahlandırılması kimi fikirlər eşidilirdi. Movqe.az xəbər verir ki, bu barədə ATV maqazin verlişində açıqlama verən jurnalist İradə İsaq həqiqətən də araşdırma apardığını və müğənninin həyat yoldaşının qətlində günahkar olmadığını açıqlamışdı. Bu fikirlərə münasibət bildirən müğənni Vasif Məhərrəmli İradə İsaqa təşəkkür etsə də, lakin onun "Düz üzünə" verlişində iştirak etməyəcəyini söyləyib : " Bu məsələlər artıq qapanıb. Əvvəlki xanımım çox savadlı , tərbiyəli ailənin qızı idi. İndi mən ikinci dəfə evlənmişəm. Xoşbəxtəm. Qızım baxır elə verlişlər olanda çox üzülür. Özüm səhərdən axşama kimi ağlayıram. Nə qədər ağlamaq olar axı ? İradə xanım çox sağ olsun araşdırıb, efirdə bunu söyləyib. İnsanların bu faktı onun dilindən eşitməsi çox vacib idi. Amma verlişə çıxmayacağam. Çünki keçmişə dönmək istəmirəm".