İsraildən Suriyaya hava hücumu

19 Mart 2014 11:34 (UTC+04:00)

İsraildən edilən şərhə görə, Suriyaya qarşı 4 hava hücumu təşkil edildiyi bildirilib. 


Movqe.Az xəbər verir ki, İsrail ordusundan edilən yazılı şərhdə, "İsrail Hava qüvvələri, gecə yarısından sonra Suriya ordusuna aid hədəflərə 4 hava hücumu təşkil edib" ifadəsi istifadə edilib. 


Şərhdə, hücumlarda, İsrail qüvvələrinə istiqamətlənmiş hücumu asanlaşdıran və köməkçi olan Suriya ordusunun birlikləri hədəf alındığı yazılaraq, təyyarələrin hədəflərini vurub əsaslarına qayıtdığı deyilib.


İsrail-Suriya sərhədində dünən günortadan sonra partlayış meydana gəlmiş, İsrail mətbuatında verilən xəbərlərdə 3 İsrail əsgərinin yaralandığı bildirilmişdi.