Bu da Motorolanın ağıllı saatları!

19 Mart 2014 11:46 (UTC+04:00)

Google , ötən gün geyilə bilən cihazlar üçün inkişaf etdirdiyi əməliyyat sistemi "Android Wear"ı tanıdıb. Dərhal sonra isə əvvəl LG , ardınca Motorola bu əməliyyat sistemi ilə çalışan ağıllı saatlarını nümayiş edib.


Movqe.Az xəbər verir ki, Motorola , Android Wear ilə çalışan ilk ağıllı saatını tanıdıb. Moto 360 adlı saat , hal-hazırda satılan ağıllı saatlara müqayisədə daha çox "saata bənzəməsi" ilə diqqət çəkir.


Dəri , plastik və metal model variantlarına sahib olan Moto 360 , Motorola tərəfindən bu yay ilk olaraq ABŞ-da ,sonra isə bütün dünyada satışa çıxarılacaq..


Moto G , telefonunuzu cibinizdən çıxarmadan kimin sizi axtardığını , sosial şəbəkələrdəki yoldaşlarınızın nələr paylaşdığını görməyinizi  təmin edəcək. Moto G həmçinin Google Glass kimi sadə səsli əmrləri qəbul edib , yerinə yetirə biləcək . Bu sayədə , danışaraq SMS göndərə və ya Facebook və WhatsAppda yazılı ünsiyyət qura biləcəksiniz.


Ağıllı saat , Android Wear əməliyyat sistemi ilə işləyir . Bu əməliyyat sistemi , standart Androidin geyilə bilən cihazlar üçün uyğunlaşdırılmış bir versiyasıdır.


Google , Motorola və LG ilə yanaşı , Asus , HTC , LG , Motorola və Samsung ilə də çalışdığını , bu firmaların da Android Wearlı ağıllı saatlar inkişaf etdirəcəyini açıqlayıb. Broadcom , Imagination , Intel , Mediatek və Qualcomm da Android Wear platformasına prosessorları ilə dəstək verəcək.