Xərçəngdən müdafiə olunmağın yolları!

19 Mart 2014 13:01 (UTC+04:00)

İnsanları müharibədən daha çox öldürən və 21-ci əsrin  xəstəliyi olan xərçəngdən necə qoruna bilərik ? Xərçəngə tutulmamaq üçün ediləcək bir çox şey var,lazım lazım olan ən əhəmiyyətli şey hər il nizamlı olaraq müayinədən keçməyimizdir .


Çünki hansı xərçəng növü olsa da, ilkin təsbit edilməsi həyatımızı xilas edəcək . Gecikmiş xərçəng xəstələrinin xilas edilmə nisbəti çox aşağıdır.


Movqe.Az xəbər verir ki, xərçəngdən qorunmaq üçün həyat tərzinizdə dəyişdirməyiniz lazım olanları , Hisar Qitələrarası Tibb Onkologiya Mütəxəssisi Dos. Dr. Əhməd Bəkir Öztürk söyləyib. - Xərçəngdən ölüm nisbətlərinə baxıldığında ağciyər xərçənginin birinci sırada yer alır. Ağciyər xərçənginin əksəriyyəti siqaret istifadəsindən qaynaqlanır.



Xərçəngə tutulmaq siqaret qaynaqlıdır. Amerika Tibb Dərnəyi Jurnalının etdiyi araşdrımaya görə gündə bir paket siqaret çəkənlər , siqareti yarı-yarıya azaltdığından ağciyər xərçəngi riskinin 27 faiz nisbətində azaldığı görülmüşdür.



Siqaret içməsəm belə passiv içicilik xərçəng olma riskini azaldır. Ağciyər xərçəngi diaqnozu qoyulan şəxslərin böyük bir hissəsinin də siqaret tüstüsünə məruz qalmaqdan qaynaqlandığı edilən araşdırmalarda görülmüşdür.


Köklük və piylənmənin xərçəngdən qaynaqlanan ölümlərin 14 faizini və hər il görülən xərçəng hadisələrinin 3 faizini meydana gətirdiyini bilirdiniz?



Xərçəng riskini azaltmaq istəyirsinizsə sağlam  kilo intervalında və mümkün olduqca bədəninizi yağlanmadan qorumalısınız.


Çünki çox kilo və bədənin həddindən artıq piylənməsi ozafaqus, pankreas , öd kisəsi , döş , böyrək xərçənginin əhəmiyyətli risk faktorlarından biridir. Fiziki fəaliyyət xərçəngin bir çox növündə əhəmiyyətli faktordur.



Hər gün orta səviyyədə edilən məşqin bir çox məşhur xərçəng növünə maneə törətmək mövzusunda çox əhəmiyyətli bir rolu olduğunu aparılan araşdırmalar göstərmişdir . Likopen ehtiva edən pomidor , qarpız kimi qidalara süfrənizdə yer verin.



Lakin nişasta ehtiva edən tərəvəz və meyvələrdən uzaq dayanın. Edilən işlər spirt qəbulunun bir çox xəstəlikdə olduğu kimi xərçəngi də sürətləndirdiyini göstərmişdir.


Xüsusilə spirt və siqaret bir araya gəldikdə risk daha da artar. Stressin xərçəng meydana gəlməsində müstəqil bir risk faktoru olmasının heç bir inandırıcı dəlili olmasa da; insanların stresslə başa çıxmaq üçün etdikləri ifrat dərəcədə yemək , siqaret və dərman qəbulu kimi sağlam olmayan davranışlar xərçəng riskini yüksəldir.