9 yaşlı məktəbli İngiltərəni ayağa qaldırdı-FOTO
18 İyun 2012 13:03 (UTC+04:00)
Movqe.Az "*Telegraph"
qəzetinə istinadən xəbər verir ki, İngiltərədə
yerli məktəblərin birində oxuyan 9
yaşlı Marta Peyn məktəbdə verilən
yeməklərin hər gün şəklini
çəkirdi. O, çəkdiyi şəkillərin hamısını öz
bloquna yerləşdirib, şərh edirdi. O,
məktəbdə verilən nahardan narazı idi. Çox qısa müddət içində çoxları məktəblinin bloqundan məlumatlı
idi. Dəfələrlə Martaya bu barədə
məktəbin direktoru tərəfindən xəbərdarlıq olsa da,
o,yenə də şəkilləri öz bloqunda
yerləşdirməyə davam edirmiş. Marta Peyni bu işdə ən çox dəstəkləyən atası Deviddir.

