Adını Googleda axtardı, dünyası qarardı

19 Mart 2014 15:03 (UTC+04:00)

Adınızı Googleda axtarandan, sizin də qarşınıza belə bir şey çıxsaydı, görəsən siz nə edərdiniz? 


Kaliforniyada Kristafor Viatafa adlı şəxs Googleda adını axtaranda böyük bir şokla qarşılaşıb. 


Movqe.Az xəbər verir ki, Şimali Kalifoniyanın ən çox axtarılan qanun qaçaqları arasında adını görən şəxs, dərhal polis bölməsinə gedərək təslim olub. Viatafa, əylənməyə getdiyi bir axşam,  barda tapançasını odladığı üçün, məskunlaşma ərazisində atəş açmaq ittihamı ilə polis tərəfindən axtarılmağa başlamışdı. ABŞ-da FBI iş birliyi ilə qurulan "ən çox axtarılanlar" saytında, ölkədəki qanun qaçaqlarının, məhkəmələrinə gəlməyənlərin, həbsxanadan qaçanların və ya başqa cinayətlərdən axtarılanların adları və fotoşəkilləri yayımlanıb. Tutulan qaçaqlar isə "tutuldu" ifadəsi ilə saytda yer almağa davam edir. 


Christopher Viatafa isə məhkəmə gününü gözləmək üçün sərbəst buraxılıb.