Oyunlar beynimizi dağıdır
18 İyun 2012 13:50 (UTC+04:00)
Movqe.Az xəbər verir
ki, son araşdırmalar zamanı bir həftə fasiləsiz olaraq kompüter
oyunundan sonra cavan kişilərin beynində dəyişiklik baş verdiyi
aşkarlanıb. Bu dəyişiklik emosiyalara cavabdeh olan sol aşağı alın
payına, düşüncə prosesindən ötrü məsuliyyət daşıyan baş beyin
qabığının kəmər əyriliyinin ön hissəsinə təsir göstərir. İndiana
Universitetinin nəznindəki Tibb məktəbinin radiologiya kafedrasının
dosenti Yanq Vanq deyir: "Biz aşkar etdik ki, bir həftəlik kompüter
oyunlarından sonra beynin bu sahələrində aktivlik azalır
".
Eksperimentlərin gedişində 11 nəfər hər gün "atışmalı "
oyunlar oynamalı idilər. Digər bir qrup isə ümumiyyətlə heç bir
oyun oynamamalı idi. Sonra sınaq iştirakçıları müayinə olunaraq,
bir sıra testlərdən keçdilər. Aydın oldu ki, oyun
həvəskarları zorakılıq və ya könüllülük əməllərini işarə edən
sözləri pis ayırd edir, həm də pis sayırlar. Lakin eksperimentlər
başa çatandan iki həftə sonra hər iki qrupun nəticələri
eyniləşmişdi.