Ukraynanın hərbi-Dəniz Qüvvələrlərinin komandanı oğurlanıb

19 Mart 2014 17:20 (UTC+04:00)

Nazirlikdən bildirilib ki, Hərbi-Dəniz Qüvvələrlərinin qərargahından çıxarılan komandanın hara aparıldığı bilinmir

Ukraynanın Hərbi-Dəniz Qüvvələrlərinin komandanı oğurlanıb. Anspress-in məlumatına görə, naməlum şəxslər Sevastopolda Hərbi-Dəniz Qüvvələrlərinin qərargahından Ukraynanın Hərbi-Dəniz Qüvvələrlərinin komandanı Serqey Qayduku oğurlayıb. 


Eyni zamanda Sevastopol saytlarından biri bildirir ki, qərargahın ərazisindəki otaqlardan birində Qayduk aşkar edilib və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən oğurlanıb.


Ukrayna Müdafiə Nazirliyindən Sevastopolda Hərbi-Dəniz Qüvvələrlərinin qərargahından Serqey Qaydukun bir qrup şəxs tərəfindən oğurlanması faktı təsdiq edilib. 


Nazirlikdən bildirilib ki, Hərbi-Dəniz Qüvvələrlərinin qərargahından çıxarılan komandanın hara aparıldığı bilinmir:


"İndi təfərrüatları müəyyənləşdirməyə çalışırıq. Komandirin hara aparıldığını və onun niyə aparıldığını bilmirik". 


Qeyd edək ki, bu gün rus əsgərləri tərəfindən Sevastopolda Ukrayna Hərbi-Dəniz Qüvvələrlərinin qərargahı ələ keçirilib. Ukraynalı zabitlərin bir hissəsi isə ələ keçirilmiş qərargahı tərk edib.