Ali Sunal xəbərdarlıq etdi

18 İyun 2012 13:52 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Sunal və Gökce Bahadırın 7 ay sürən evlilikləri 26 Yanvar 2012-ci ildə bitmişdir. Lakin buna baxmayaraq, onların söz-söhəti hələ də davam edir. Dünən Ali Sunal "Twitter" səhifəsində bunları yazdı: "4 il həyatımı paylaşdığım qadın haqqında pis şeylər danışmaq istəmirəm. Bu mənə yaraşmaz. Hörmətimdən susacam.Qarşı tərəfdən də özümə hörmət tələb edirəm. Bir iddiası olan varsa, gəlsin. Anamı rahat buraxın! ".