Azərbaycan və Ermənistan prezidentləri görüşəcək

19 Mart 2014 17:38 (UTC+04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. Movqe.Az ANS PRESS-ə istinadən xəbər verir ki,  ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz Twitter səhifəsində yazıb. 

O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada, Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir. 

Qeyd edək ki, III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir. 

Azərbaycan prezidenti də sammitə dəvət edilib.