Siyavuş Novruzov: "Tükiyədə həbsxanada saxlanıldığı üçün Jirinovskinin Azərbaycana və Türkiyəyə qarşı nifrəti var"

19 Mart 2014 19:00 (UTC+04:00)

"Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin nə əxlaqı, nə də mənəviyyatı var. O xəstədir, şizofrenikdir". Movqe.az-ın xəbərinə görə, bunu trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov V. Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiklərinə münasibət bildirərkən deyib.S. Novruzov bildirib ki, V. Jirinovski hələ ötən əsrin 70-ci illərində Sovet İttifaqının Türkiyədəki səfirliyində işləyəndə orada kommunist-sosialist idealogiyasının təbliği ilə məşğul olduğuna görə, Türkiyə höküməti tərəfindən həbs olunub və zindanda saxlanılıb: "Ondan sonra "persona non-qrata" elan olunub. Buna görə də Jirinovskinin Türkiyə və Azərbaycana qarşı daxili nifrəti var, mütəmadi olaraq, məqamı düşdü-düşmədi, Azərbaycan haqqında nalayiq fikirlər söyləyir, xəstə təfəkkürünün, təxəyyülünün məhsulunu ortaya qoyur".YAP rəsmisi qeyd edib ki, istər Rusiyada, istər Qərbdə, istərsə də beynəlxalq təşkilatlarda V.Jirinovskini insan kimi yox, təlxək kimi qəbul edirlər: "Jirinovski şahın təlxəyi rolunu oynayır. Qədim dövrlərdə saraylarda şahın təlxəyi olurdu ki, şahın bəyəndiyi sözlər deyirdi, ifadələr işlədirdi, atılıb-düşürdü, şou göstərirdi. Bu gün isə Jirinovski Rusiya parlamentində təlxəkliklə məşğuldur".Rusiyada yaşayan Azərbaycan diasporunun fəallarının, o cümlədən Abbas Abbasov, Söyün Sadıxovun V.Jirinovskinin bəyanatını cavabsız qoymalarından təəssüfləndiyini deyən deputat bildirib ki, onların heç biri VJirinovskinin bəyanatlarına reaksiya vermir, əslində isə gərək onların hamısı buna ciddi şəkildə reaksiya verə, mitinq, nümayiş keçirələr: "Təəssüflər olsun ki, orada olan nə bizim oliqarxlar, nə də digərləri bir fikir ortaya qoymurlar. Bu da ondan irəli gəlir ki, bunların onlardan hansısa çəkinəcəyi var".Xatırladaq ki, V.Jirinovski çıxışında qeyd edib: "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı".