Moldova, Ukrayna, keçmiş SSRİ-nin digər respublikaları, habelə Alyaska, Baltikyanı ölkələr, Finlandiya və Polşa Rusiya Federasiyasının tərkibinə qayıdacaq.Movqe.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Facebook" sosial şəbəkəsində Polina Qodoroq adlı şəxslə dialoq zamanı Rusiyanın Avropa Şurasındakı nümayəndəsi Roman Kokorev yazıb.O qeyd edib ki, hazırda Rusiya öz hərbi gücünü bərpa edir. "1991-ci ildə dövlət cinayəti nəticəsində Rusiya əsrlər boyu qazandığı torpaqları itirdi. Bu cinayət hələ də davam edir. Lakin qısa zamanda hər şey öz yerinə qayıdacaq", - deyə o vurğulayıb.