Bakının əksər küçə və prospektlərində tıxac yaranıb

19 Mart 2014 19:30 (UTC+04:00)

Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, paytaxtın əksər küçə və prospektlərində yaranan tıxac Novruz bayramı ilə əlaqədardır. Tıxacın əsasən Tbilisi, Babək, Azadlıq prospektlərində, habelə Bayraq meydanından şəhər istiqamətinə, Bakı-Sumqayıt şosesi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Rəşid Behbudov küçələrində müşahidə edildiyi bildirilib. Sürücülərə həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri tövsiyə olunur.