Nərgiz Paşayeva saytın təqdimatında (FOTO)

19 Mart 2014 19:59 (UTC+04:00)
Heydər Əliyev Mərkəzində keçirilən buro247.az informasiya portalının təqdimat mərasimindən maraqlı fotolar yayılıb. Məlumata görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, o cümlədən bir çox xarici ölkələrin səfirləri, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.