Yeni ailə quran ərlə arvad dəm qazından boğulublar

20 Mart 2014 11:45 (UTC+04:00)

Zaqatalanın Azərbaycan küçəsində yeni tikilən evlərin birindən iki meyit tapılıb. 
 


Meyidi tapılan şəxslərin ər-arvad olduğu və onlardan birinin vanna, digərinin isə yataq otağından tapıldığı bildirilir. Hadisə yerinə çağırılan polis və prokurorluq əməkdaşlarının apardığı ilkin araşdırma zamanı ölmüş vəziyyətdə aşkarlanan şəxslərin rayon sakinləri - 44 yaşlı Davudov Akif Abdusalam oğlu və onun həyat yoldaşı, 35 yaşlı İbrahimova Nigar Heydər qızı olmasını müəyyən edilib. Onların 3 ay əvvəl ailə həyatı qurduqları da deyilir. İlkin ehtimal kimi ərlə arvadın dəm qazından zəhərlənməsi və iki gün əvvəl öldüyü versiyası irəli sürülür.