Movqe.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Biləsuvar rayonu, Səmədabad kəndində pambıq zavodunun ərazisində 70 kv.m sahəyə yığılmış 55 ton pambıq kiplərinin 0.4 tonu yanıb. Pambıq kiplərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ağcabədi
şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m
olan fermanın dam örtüyünün yanar konstruksiyaları 75 kv.m
sahədə və içərisinə yığılmış 8 ton ot bağlamasının 6 tonu
yanıb.
Yanğın zamanı fermanın içərisində olan 1 baş iribuynuzlu heyvan
tüstüdən bogularaq tələf olunub. Fermanın və ot bağlamasının qalan hissəsi
yanğından mühafizə olunub.