Cəbhədən xəbər var
20 Mart 2014 12:45 (UTC+04:00)
Erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin
mövqelərini bu gecə də atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu
gecə Ermənistanının Berd rayonunun Çinari kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi
atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam
rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri
yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.