Taner Yıldız: "SOCAR-ın yatırımı Türkiyədə siyasi sabitliyə inamı artırdı"

20 Mart 2014 13:13 (UTC+04:00)
"Azəri qardaşlarımızla təkcə qardaşlıq münasibətləri deyil, eləcə də sıx iqtisadi əlaqələrimiz var. TANAP-ı bura daxil eərsək 20 milyard dollarlıq yatırımdan söhbət gedir. Bu həyəcanverici bir rəqəmdir. SOCAR-ın yatırımı Türkiyədəki siyasi sabitliyə inamı daha artırdı". 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Petkim limanın görülən işlərlə tanış olarkən bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən layihənin önəmindən söz açıb. 

Taner Yıldız Türkiyədə ən böyük liman olacaq Petkim limanındakı işlərin 2015-ci ildə yekunlaşacağını qeyd edib: "Burada görülən işlərin Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsi üçün önəmli yeri var".