Saç tökülməsi probleminin təbii həlli
20 Mart 2014 14:00 (UTC+04:00)
Saçlar qadınların yaralı yeridir desək yanılmarıq.
Buna görə də zərif cinsin nümayəndələri bu gözəllik əlamətinə
xüsusi qayğı ilə yanaşır. Gündəlik 100 tel saç hər insanda
tökülməkdədir. 100 teldən artıq saçınız tökülürsə sizdə də saç
tökülməsi problemi vardır. Saç tökülməsini evinizdə tətbiq
edəcəyiniz bitki mənşəli müalicələrlə qarşısını ala bilərsiniz.
Movqe.az həkimə getmədən, ev şəraitində saçlarınıza qulluq etməyin
variantlarını sizə çatdırır.
Tökülən Saçlar Üçün Evdə Saç
Maskaları
Maska 1:
Zeytunyağı, bal və darçını qarışdıraraq bir pasta
hazırlayın.
Bunu saç dərisinə masaj edərək yedirin və 15
dəqiqə saxlayın. Yumşaq şampunla yuyun.
Həftədə 3-4 dəfə təkrarlayın.
Maska 2:
1 qaşıq zeytunyağı, 1 qaşıq çörək otu və 2-3 diş
sarımsaq.
Sarımsağı əzib, kökə otu və yağla qarışdırıb,
qovurub, ilıq halda saçınıza sürtün və yarım saat gözlədib,
təmizlənənə qədər yuyun.
Maska 3:
Gündə 2-3 dəfə saç dərisinə badam yağı
sürtün.
Bu saçlarınızın daha çox tökülməsinə mane
olar.