Möcüzəvi kəşf: ölüləri diriltdi

20 Mart 2014 14:48 (UTC+04:00)
Dövrümüz inkişaf etdikcə hər gün eşitmədiyimiz qəribə hadisələrlə rastlaşırıq. Zamanın inkişafı elmin inkişafı ilə paralel olaraq qarşımıza bizim qəbul edə bilməyəcəyimiz əməlləri çıxarır. Bəzən elm adamlarının, alimlərin ixtira etdikləri, yaratdıqları bizə möcüzə kimi görünür. Heyvanın, insanın klonlaşdırılması və digər kəşflər bizim qəbul edə bilməyəcəyimiz ixtiralardı.

Bundan başqa, elə elmi kəşfləri biləndə tüklərimiz ürpənir. Movqe.az-ın məlumatına görə, belə kəşflərdən biri də, ölünün dirildilməsidir. 1930-cu ildə ölüləri diriltmə dərnəyi təşkil olunub. Həmin dərnəyin rəhbəri, həkim Robert Korniş yeni ölən heyvanları təkrar həyata qaytarmaq istəyib. Onun məqsədi bu əməliyyatı uğurla yerinə yetirib, insanların da həyatını uzatmaq olub. Bunu üçün o, yeni ölən itlərin damarlarına adrenalin və bəzi kimyəvi maddələr vurub. Bundan sonra həmin itlərin bəziləri təkrar dirilib. Lakin onlar adi heyvanlr kimi yaşamayıblar. Həmin itlərin beyinləri normal olmayıb. Bəziləri isə görmədən məhrum olub. 

1933-cü ildə psixologiya elmi üzrə alim Klarense Leuba insanın qıdıqlanan zaman gülməsini öyrənməyə başlayıb. O, araşdırmalara razılıq verən könüllü olmadığı üçün öz övladından istifadə edib. Alim yeni doğulan oğlunu qıdıqlamaqla, onun reaksiyasını yoxlayıb. 7 ay müddətində apardığı müşahidələr nəticəsində, Klarense Leuba belə qərara gəlib ki, insan qıdıqlanan zaman qeyri-ixtiyari olaraq gülür.

1954-cü ildə isə Sovet cərrahı Vladimir Demirkov dəhşətli bir əməliyyta keçirib. O, bir it balasını Alman itilə birləşdirib. Cərrah əməliyyta ilə itlərin başını və aşağı ətraflarını bir-birinə tikib. Əməliyyat uğurla sona çatıb. Hər iki baş ayrılıqda süd içib. Hətta itlər bir-birinin qulaqlarını dişləməyə başlayıblar. Lakin küçüklər bir aydan sonra ölüblər.

Daha bir şok açıqlama isə malyariya xəstəliyinin keçici olmadığını isbat etməyə çalışan həkim Stubins Fritdən gəlib. O, bu xəstəliyin insandan insana keçmədiyini sübut etmək üçün özünü fəda etməkdən çəkinməyib. Həkim malyariya xəstəliyinə tutulan insanın tüpürcəyini əlindəki yarasına sürtüb. Bundan sonra həmin xəstəliyin yalnız ağcaqanadlar vasitəsilə yayıldığı dəqiqləşib.

Daha bir maraqlı testi isə amerikalı alim Lan Osvard keçirib. O, 1960-cı ildə insanın gözünü qırpmadan nəqədər daya biləcəyini yoxlayıb. O, könüllərdən birinin göz qapaqlarını yapışdırıb. Daha sonra həmin insanın gözlərinə yanıb sönən işıq tutub. Daha sonra həmin insan gurultulu musiqi səsi altında saxlanılıb. Həmin insan yalnız 12 dəqiqə dayana bilib. Daha sonra o yatıb.