Krım parlamentinin adı dəyişdirildi
20 Mart 2014 15:15 (UTC+04:00)
Krım Rusiya Federasiyasının tərkibinə daxil
edildikdən sonra Krım Muxtar Respublikası Parlamentinin adı "Krım
Respublikası Dövlət Şurası" olaraq
dəyişdirilib.
Martın 16-da keçirilən referendumdan sonra
parlamentin adının dəyişdirilməsinə qərar verilmişdi, parlamentin
adının lövhəsi isə referendumdan bir gün əvvəl sökülmüşdü. Bu gün
isə Krım parlamentinin binasına kiril əlifbası ilə yazılmış "Krım
Respublikası Dövlət Şurası" lövhəsi asılıb.
Parlament binasının yeni adının rus dili ilə
yanaşı, yaxın vaxtlada ukrayna və krım tatar dilində variantlarının
əks olunduğu lövhələrlə də bildiriləcəyi açıqlanıb.