Zakir Həsənov şəxsi heyəti təbrik etdi
20 Mart 2014 15:54 (UTC+04:00)
Novruz bayramı münasibətilə Azərbaycan
Respublikası müdafiə naziri ordumuzun şəxsi heyətini təbrik
edib.
Movqe.az həmin təbriki təqdim
edir:
"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar,
əsgərlər və matroslar!
Sizi xalqımızın əziz bayramlarından olan Novruz
bayramı münasibəti ilə səmimi qəlbdən təbrik
edirəm.
Müstəqil respublikamız bu gün inkişaf və tərəqqi
yolu ilə inamla irəliləyir. Adət-ənənələri zəngin olan xalqımızın
baharın gəlişini, təbiətin oyanışını, tarixi çox qədim Novruz
bayramını sevinclə, həvəslə və böyük ruh yüksəkliyi ilə təntənəli
şəkildə qeyd etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mümkün
olmuşdur.
İnanıram ki, bundan sonra da hər biriniz Hərbi
Anda, nizamnamələrə sadiq qalaraq əsgəri borcunuzu şərəf və
vicdanla yerinə yetirəcək, işğal altında olan torpaqlarımızı azad
etməyə, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa
etməyə hər an hazır olacaqsınız.
Sizə mökhəm cansağlığı, uzun ömür və xidmətinizdə
uğurlar arzulayıram".