Leyla və Arzu Əliyevalar təqdimatda-Fotolar

20 Mart 2014 13:49 (UTC+04:00)
Prezident İlham Əliyevin qızları "buro247.az" informasiya portalının təqdimat mərasimində iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Mərkəzində baş tutan buro247.az informasiya portalının təqdimat mərasimindən iştirak ediblər. Movqe.az xəbər verir ki, bu barədə məlumatı buro247.az saytının baş redaktoru, Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova "Facebook" sosial şəbəkəsində yayıb. Qeyd edək ki, tədbirdə həm də Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, qızı Ülviyyə Rəhmanova, o cümlədən bir çox xarici ölkələrin səfirləri, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.