Eynicinsli ər arvadını öldürdü

20 Mart 2014 17:53 (UTC+04:00)

Eynicinsli olduğunu gizlətmək üçün evləndiyi yoldaşını öldürdü.

 

Movqe.Az xəbər verir ki, İngiltərə faciəvi cinayət xəbəriylə silkələnir. Homoseksual olduğunu gizlətmək üçün evləndiyi yoldaşını vəhşicə öldürən Hindli ər ittihamları rədd edib.

 

İngiltərədə yoldaşını elektrik süpürgəsinin xortumuyla boğaraq öldürdükdən sonra , bağçadakı zibil qabında yandırıan kişinin məhkəməsinə start verilib.

İddiaya görə; 30 yaşındakı Hindli ər Jasvir Ram Ginday kişilərlə maraqlanırdı. Ginday , homoseksual olduğunu gizlətmək və ailəsinin etibarını qazanmaq üçün onların tapıb, tanış etdiyi 24 yaşındakı Varkha Rani ilə evlənib.

 

Cütlük evləndikdən qısa müddətsə İngiltərədən yaşamaq icazəsi alaraq , ötən avqustda burada məskunlaşıblar. Lakin yeni həyatlarına başladıqları hələ 1 ay olmuşdu ki, gənc qadın faciəvi bir cinayətə qurban gedib.