Havanın temperaturu enəcək, qar yağacaq
20 Mart 2014 19:33 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın
21-də havanın qeyri-sabit keçəcəyi, günün ikinci yarısında bəzi
yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi
əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın
temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı
var.
Bakıda və Abşeron yarımadasında martın 22-i
axşamadək güclü küləkli hava şəraitinin olması və meteooloji
amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz
olacaq. Lakin martın 23 və 24-də nisbətən mülayim yaz havası
insanlarda xoş əhval-ruhiyyə yaradacaq.
Martın 21-də Azərbaycanın rayonlarında gecə və
səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Günün ikinci
yarısından başlayaraq, bəzi yerlərdə havanın yağıntılı olacağı,
dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Arabir güclü qərb küləyi əsəcək.
Aran rayonlarında temperaturun gecə 3-8, gündüz
13-18, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz
2-7 dərəcə isti olacağı gözlənilir.