55 yaşlı kişi 17 yaşlı qızı zorladı və ...
20 Mart 2014 20:33 (UTC+04:00)
Marneuli rayonunda gürcülərin və azərbaycanlıların
birgə yaşadığı Tamarisi kəndində dəhşətli cinayət hadisəsi baş
verib.
Movqe.az xəbər verir ki, əvvəllər məhkum olunmuş,
bu yaxınlarda azadlığa çıxan 55 yaşlı kənd sakini, Murad Tsiklauri
qonşuluqda yaşayan 11-ci sinif şagirdi, 17 yaşlı Manana
Nadibaidzeni evdə heç kimin olmamasından istifadə edərək
zorlayıb.
Tamarisi kənd məktəbinin direktoru Quram Kadaria
məktəbli qızın zorlandıqdan sonra əziyyətlə öldürüldüyünü bildirib:
"Nadibaidzelər Tamarisi kəndinin sakit ailələrindəndir. Onların
qonşuluğunda yaşayan Murad Tsiklauri isə məhkumluq həyatı yaşayıb,
tüfeyli həyat keçirir, həyətyanı sahələri belləyir, içki içir,
oğurluq edir. O, cinayəti törətmək məqsədilə Nadibaidze ailəsinin
yaşadığı evə gəlib və heç nədən xəbərsiz 17 yaşlı gənc qız onu
qonşu kimi qarşılayıb, hətta ona çörək də verib. Lakin bir az
keçəndən sonra Tsiklauri ona hücum edib, qıza əzab verərək onu
hamamda zorlayıb və öldürüb. Sonra isə məktəbli qızı öz həyətinə
aparıb, çuxur qazaraq ora tullayıb, üstünə çır-çırpı tökərək
yandırıb".
Hadisə ilə bağlı kəndin sakinləri bu gün Marneuli
Rayon Polis Şöbəsinin qarşısına toplaşaraq etiraz mitinqi
keçiriblər. Sakinlər cinayət törədən şəxsin onlara verilməsini
tələb ediblər.
Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab
Topçişvili Tamarisi kənd sakinləri ilə görüşərək, söhbət edib,
onları sakitləşdirib.
Marneuli Rayon Polis Şöbəsinin operativ tədbirləri
nəticəsində M. Tsiklauri artıq saxlanılıb. Saxlanılarkən onun
sifətində cırmaq izləri olub.
Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab
Topçişvili cinayət törədən şəxsin qanun qarşısında cavab verəcəyini
deyib.