Xanım DJ sevgilisinin gəzdiyi qadını zorlatdırdı
20 Mart 2014 20:43 (UTC+04:00)
Türkiyənin Kocaeli bölgəsində radio DJ-i işləyən
xanım qısqanclıq səbəbindən dəhşətli cinayət
törədib.
Movqe.az xəbər verir ki, radioların birində DJ
işləyən 33 yaşlı Aynur Ş. sevgilisini əlindən alan keçmiş
rəfiqəsindən dəhşətli intiqam alıb.
Belə ki, Aynur Ş. öyrənib ki, sevgilisi onu S.B.
adlı evli bir qadınla aldadır. DJ bundan çox əsəbləşib və
unudulmayan bir əvəz çıxacağına and içib. Aynur Ş. sevgilisinin
telefonundan gizlincə S.B.-nın nömrəsini tapıb. Sonra qadına zəng
vuran Aynur Ş. onu kimsəsiz bir yerə çağırıb.
Qeyd edilən ünvana bir neçə adamla gedən Aynur Ş.
əvvəlcə S.B.-nin üstünə tapança çıxarıb. Daha sonra onu lüt
soyunmağa məcbur edib. Sonra özü ilə gətirdiyi kişilərlə birlikdə
cinsi əlaqəyə girməyə məcbur etdirib. Özü isə bu görüntülərin
videosunu çəkib. Daha sonra S.B.-ni vəhşicəsinə
döyüb.
Olanlar barədə polisə şikayət edən S.B. onu da
etiraf edib ki, Aynur Ş.-nin əri ilə həqiqətən də gizlincə görüşür.
Şikayət əsasında Aynur Ş. həbs olunub. Onun mobil telefonundan
S.B.-nin zorlandığı görüntülər çıxıb.
Hazırda DJ məhkəmədə cavab verməli olacaq.