Sərdar Ortaç və Çloe Loughnan ayrıldımı ?

20 Mart 2014 20:55 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın iyun ayında etməyi planlaşdırdığı toyun tarixini təxirə salmaq istəyi nişanlısı Çloe Loughnanı küsdürdü. Ortaçın yalnız özünü sevdiyini düşünən və bu vəziyyətə çox hirslənən Çloe ölkəsi İrlandiyaya, ata evinə getdi.

Dərin məhəbbət tez ayrılıqmı gətirdi? Sərdar Ortaçla ötən aylarda İrlandiyaya gedərək ailəsindən istədiyi model nişanlısı Çloe Loughnanla onun arasına qara pişikmi girdi? Bu sualların cavabları indi müğənninin fanatlarını çox düşündürür.

Ancaq hər dəfə öz çıxışında Çloe ilə evlənəcəyini deyən və iyun ayında Çırağan Sarayında toy edəcəklərini açıqlayan məşhur popçu nişanlısından toyun tarixini təxirə salmağı xahiş edib.

Çloe Loughnanın Ortaça "Bir həftə qalıb dönəcəyəm" deməsi heç də inandırıcı deyil. Sərdar isə ona aprel ayına qədər dönməsi tələb edib.