Cəlalabadda partlayış: 11 ölü
20 Mart 2014 22:00 (UTC+04:00)
Əfqanıstanın Cəlalabad şəhərində silsilə terror
aktları törədilib. Polis idarəsinin qarşısında və bir neçə hökumət
binasının yaxınlığında törədilmiş partlayışlar nəticəsində azı 11
nəfər ölüb, onlarla adam yaralanıb. Ölənlərin əksəriyyətinin polis
əməkdaşları olduğu bildirilir.
İlkin məlumatlara görə, polis idarəsinin
qarşısındakı partlayış yayındırıcı manevr xarakteri daşıyıb və
terrorçu-kamikadzelərə hökumət binalarına daxil olmaq imkanı verib.
Döyüşçülərlə təhlükəsizlik qüvvələri arasında bir neçə saat atışma
gedib, Cəlalabad şəhərinin böyük bir hissəsi mühasirəyə
alınıb.
Silsilə hücumlara görə məsuliyyəti heç bir
qruplaşma öz üzərinə götürməsə də, daha əvvəl "Taliban" hərəkatı
aprelin 5-nə planlaşdırılan prezident seçkiləri ərəfəsində
hücumları intensivləşdirəcəyini bəyan etmişdi.