Çempionlar Liqasında fırıldaqçılıq iddiası
20 Mart 2014 21:30 (UTC+04:00)
Ötən gün UEFA Çempionlar Liqasının 1/8 final
mərhələsinə yekun vurulub.
ÇL-nın ¼ final mərhələsinə keçən klubların adı
müəyyənləşib. Lakin hələlik bu mərhələnin püşkü
atılmayıb.
ANS PRESS-in məlumatına görə, ¼ final mərhələsinin
püşkü atılmadan əvvəl qalmaqal yaşanıb. Belə ki, Çempionlar
Liqasının rəsmi "Twitter" səhifəsində ¼ final mərhələsində
qarşılaşacaq klubların siyahısı verilib. Belə bir iddianı "Football
List" idman xəbər saytı irəli sürüb. Sayt "Twitter’ səhifəsində yer
alan siyahının şəklini də təqdim edib. Saytın yazdığına görə,
sonradan həmin siyahı ÇL-nln rəsmi "Twitter’ səhifəsindən
silinib.
UEFA rəsmiləri bu xəbərin nə qədər düzgün
olub-olmadığını araşdırmağa başlayıb.