Türkiyədə Twitter yasaqlandı

21 Mart 2014 09:19 (UTC+04:00)

Baş nazir Ərdoğan "Twitter mivitterin kökünü qazıyacağıq", dedi və qazımağa başladı... 

 

Türkiyədə Twitter-ə yasaq qoyuldu. Movqe.az xəbər verir ki, bu barədə qardaş ölkənin bütün media quruluşları xəbər yayıblar. Xəbərlərdən görünür ki, bu yasaq rəsmidir. Türkiyənin Nazirlər Kabinetinin mətbuat müşavirliyindən yayılan açıqlamada bildirilir ki, vətəndaşların zərər görməsini təmin etmək üçün Twitteri ənglləməkdən ayrı çarə qalmayıb. 

 

Xəbərlərdə vurğulanır ki, buna səbəb bu gün baş nazir Tayyib Ərdoğanın Bursa mitinqində verdiyi açıqlamadır. T. Ərdoğan seçki mitinqində etdiyi çıxışda "Twitter mivıttterin kökünü qazıyacağıq",  bəyanatı vermişdi.

Twitterin bu cür kobud şəkildə yasaqlanması gec saatlarda olmasına baxmayaraq, Türkiyə cəmiyyətində şok yaradıb. 

  

Türkiyə xəbər qaynaqları bildirir ki, həyata keçirilən yasaqlama tədbiri  İstanbul Anadolu 14-cü Asliye Cəza Məhkəməsi, İstanbul Anadolu 5-ci Sülh Cəza Məhkəməsi, Samsun 2ci Sülh Cəza Məhkəməsi və İstanbul Cümhuriyyət Baş prokurorluğu tərəfindən rəsmiləşdirilib.