Martın 19-də Azərbaycanın Buenos-Ayresdəki Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq Kafedrasının birgə təşəbbüsü ilə sözügedən Universitetdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Novruz bayramının Azərbaycanda qeyd olunmasını,
müvafiq adət və ənənələrimizi əks etdirən video-çarxlar nümayiş
etdirilmişdir.
Sonra, çıxış edən Səfirliyin əməkdaşı Aynurə Hüseynova Novruz
bayramının mifologiyası və fəlsəfəsi, Novruz adətləri və onların
mənası barədə
təqdimat etmişdir.
Ardınca Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor
Paulo Botta Novruzun Azərbaycanın sosial-mədəni həyatındakı rolu, habelə, bu
bayramın beynəlxalq səviyyədə qeyd edilməsi barədə
danışmışdır.
Daha sonra, Argentinanın "Sonidos Turquesas" musiqi qrupu "Girdim
yarın bağçasına", "Ay qız", "Ayrılıq", "Bu qala daşlı qala" kimi
Azərbaycan musiqi parçalarını, habelə, bəstəkar Vaqif
Mustafazadənin "Düşüncə" kompozisiyasını ifa etmişlər.